XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 17:00

Banka borcu olanlara robot zəng vurub xəbərdarlıqedəcək – Yenilik

robot

Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları, lizinq şirkətləri, ticarət obyektləri, eləcə də fiziki şəxslərə borcunu vaxtında ödəməyənlərə avtomatlaşdırılmış qaydada zəng vurulacaq. Bu barədə "Report"a açıqlamasında vaxtı keçmiş borcların yığılması ilə məşğul olan "BOA Kollektor Agentliyi" MMC-nin direktoru Samir Mustafayev məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət borcluların axtarılması qaydasını təkmilləşdirmək niyyətindədir: "Söhbət avtomatlaşdırılmış zəng-idarəetmə sisteminin tətbiqindən gedir. Bu sistemdən Rusiya, Türkiyə, Avropada geniş istifadə olunur. Yəni, qurğu özü borclunun telefonuna yığacaq, yalnız ona zəng çatdığı halda vətəndaşı bizim mütəxəssislərə yönəldəcək və onunla danışılacaq. Hazırda bu sistemin imkanlarını öyrənirik və yəgin ki, ondan istifadə edəcəyik".

S.Mustafayev qeyd edib ki, yeni sistem kollektorlara vaxta qənaət etməyə, daha effektiv işləməyə imkan verəcək: "Hazırda bizim əməkdaşlar məcburi qaydada hamıya bir-bir zəng edirlər. Baxmayaraq ki, borcluların arasında eləsi var ki, telefonu söndürüb, nömrəsini dəyişib, mobil şəbəkədən kənardadır və yaxud ümumiyyətlə, ölkədə yoxdur. Yəni, onlara zəng çatmasa belə, əməkdaşlarımız vaxt itirir. Bizdə də elə bank var ki, minlərlə problemli müştərisi var. Sistem kömək edəcək ki, bunların hamısına deyil, konkret telefonu açıq olanlara zəng vuraq".