XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 18:38

Maliyyə Nazirliyi hərrac keçirib:67 milyon manatlıq dövlət istiqrazı satılıb

maliyye nazir

İyulun 5-də "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0101003512 ISIN kodlu, tədavül müddəti 91 gün olan 20 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, AZ0101003512 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,3 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 20 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,3422 (gəlirlilik 6,8553 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti oktyabrın 4-dür.