XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 18:49

Ölkəyə gətirilən şaftalılarda zərərli orqanizm tapıldı –Fitosanitar Xidmət

saftali

İyulun 5-də Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır.