XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 22:09

Azərbaycanda kredit kartları ilə əməliyyatlarınhəcmi 34% azalıb

Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə 32 min ədəd və ya 4,1%, ilin əvvəlindən 262 min ədəd və ya 25,94% azalaraq cari il mayın 1-nə 748 min ədəd təşkil edib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə bu göstərici üzrə 516 min ədəd və ya 40,8% azalma qeydə alınıb.

Kredit kartları ilə aparılan əməliyyatların həcmi aylıq müqayisədə 15 mln. manat və ya 10,5% azalaraq 128 mln. manat təşkil edib. İllik müqayisədə isə azalma 67 mln. manat və ya 34,4% olub.

Əməliyyatların sayı da aylıq müqayisədə 39 min əməliyyat və ya 4,49% azalaraq hesabat ayında 830 minə enib. Ötən ilin müaviq dövrü ilə müqayisədə isə azalma 690 min ədəd və ya 45,4% olub.