Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib.
ANS PRESS-in “Bloomberg” istinadən verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ardıcıl 4 gündür ki, bahalaşaraq 44.10 dollara çatıb. Platinin bir qramı 35 dollardan bir qədər aşağı – 34.97 dollar, palladiumun qramı 19.60 dollar təşkil edib. Gümüşün qiyməti isə dəyişməyib, qramı 66 sentə satılıb.