XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2016 - 12:26

Ekspert:“Xarici ticarət dövriyyəmizdə 3-cü aydır mənfi saldo qeydə alınır”

samir-eliyev-11.jpg

“Xarici ticarət dövriyyəmizdə 3-cü aydır ki, dalbadal mənfi saldo qeydə alınır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin 5 ayı ərzində xarici ticarət dövriyyəsində -281,5 milyon USD məbləğində mənfi saldo yaranıb.

Strateq.az bildirir ki, bu barədə tanınmış iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, diqqəti cəlb edən digər məsələ mənfi saldonun getdikcə artmasıdır. Belə ki, I rübdə mənfi saldo 45 milyon USD olduğu halda, sonrakı aylarda artaraq yanvar – aprel aylarında 144,4 milyon USD, yanvar-may aylarında 281,5 milyon USD olub.

İxracın azalması təkcə neft yox, həmçinin qeyri-neft məhsulları hesabına olub. Çay ixracı 3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 11 dəfə, şəkər 4 dəfə, kimya sənayesi məhsulları 3 dəfə azalıb.

Bəzi məhsulların ixracında isə artım olub. Meyvə-tərəvəz 58%, pambıq ipliyi 83%, qara metallar və onlardan hazırlanan məmulatlar 4 dəfə artıb. İdxalda ət, süd, kərə yağı, meyvə tərəvəz, şəkər idxalı artıb”.