XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 13:56

YAP-çı deputat:“1996-cı ildə Azərbaycanı ərzaq çatışmazılığı olan ölkələrin siyahısına salmışdılar”

Eldar Ibarhimov.jpg

“Hazırda xarici ölkələrdən gətirilən inqredientlərin yerli məhsulların istifadəsində azaldılması üçün də tədbirlər görülür. İldən-ilə kənd təsərrüfatı məhsullarının ixracı artır və Azərbaycan ekoloji təmiz məhsulların istehsalı üçün böyük potensial qazanır”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov modern.az-a müsahibəsində deyib.

Deputat deyib ki, hazırda hədəf  və məqsədi yaxın illər ərzində ərzaq ehtiyaclarımızı 100 faiz, tamamilə yerli məhsul hesabına ödəməkdən ibarətdir:”Hazırda Azərbaycan yerli istehsal hesabına bir çox məhsullarla özünü 85-110 faiz arasında təmin edir. Ölkəmiz xarici dövlətlərə kartof, tərəvəz, şəkər və s. məhsullar ixrac edir. Lakin ölkənin taxıla, südə və bitki yağlarına olan tələbatının 25-30 faizi idxal hesabına ödənilir. Ölkə əhalisinin bu məhsullara tələbatını tam ödəmək üçün taxıl və süd istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması prosesi gedir. Azərbaycan parlamenti bu yaxınlarda “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun qəbul edərək, aqrar sektorun inkişafı üçün yeni impuls vermiş oldu. Dövlət fondundan iş adamlarına torpaq və kreditlər ayrılır, onlara lizinq yolu ilə yüksək produktivli mal-qara, xarici ölkələrdən alınmış müasir texnika və texnologiyalar verilir”.
E. İbrahimov bildirib ki, 1996-cı ilin noyabrında Romada keçirilən ümumdünya sammitində davamlı inkişafın, yoxsulluqla mübarizənin və ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli hökumətlərin öhdəliyi olduğunu müəyyənləşdirdilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təsnifatı əsasında, keçmiş Sovet İttifaqının bir çox ölkələri kimi, Azərbaycan da ərzaq təminatı baxımından sıxıntı çəkən ölkələrin risk qrupuna daxil edilmişdi: “Biz aparılan uğurlu iqtisadi siyasət nəticəsində artıq bu risk qrupundan çıxmışıq”.