XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 17:00

Rusiya Əmanət Bankının sədri:“Sovet məmurları SSRİ Dövlət Bankını qarət etdilər”

bank ssri

Rusiya Əmanət Bankının sədri German Qref  SSRİ dövlət bankının sovet höküməti tərəfindən qarət olunduğunu deyib.

Strateq.az bildirir ki, “Vkontakte” sosial şəbəkəsinin istifadəçilərinin suallarını cavablandıran Qref sovet bankında batan əmanətlərdən danışıb: “SSRİ Əmanət Bankı özünün əmanətçiləri ilə birgə o dövrün hakimiyyətinin 1991-ci ildə apardığı qeyr-peşəkar siyasət nəticəsində qarət olundu. Bankdan sadəcə vəsaitləri götürdülər. Bank da, əmanətçilər də ziyana düşdülər”.

German Qrefin sözlərinə görə, Əmanət Bankının o zamankı müştərilərinə bankın səhmlərini kompensasiya kimi verilməsi təklifi ilə razıdır: “Lakin bu pulu bank deyil, dövlət ödəməlidir”

Qeyd edək ki, söhbət SSRİ maliyyə naziri Pavlovun 1991-ci ildə apardığı pul islahatından gedir.