XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

07 İyul 2016 - 17:51

Valyuta Fondunun direktoru: “"Brexit”ə görə qlobal böhran olmayacaq”

Kristin Laqard

Birləşmiş Krallıqda və Avropanın digər ölkələrində “Brexit” üzrə referendumun yaratdığı çaşqınlığa baxmayaraq, yeni qlobal tənəzzül ehtimal edilmir.

“Lefigaro.fr” saytı xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard AFP agentliyinə eksklüziv müsahibəsində deyib. (Azərtac)

BVF-nin baş direktoru bildirib ki, Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı keçirilən səsvermə bir sıra vətəndaş narazılıqlarına səbəb olub. Bu isə Aİ-ni bir çox məsələlərdə daha aydın və şəffaf olmağa sövq edəcək.

İqtisadi qeyri-müəyyənliyə baxmayaraq, Kristin Laqard optimist görünür. O deyib: ““Brexit” Aİ-nin bir çox ölkələri üçün iqtisadi inteqrasiyanı dərinləşdirmək baxımından katalizator rolu oynaya bilər.”