XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 05:03

Çin fermerləri Qərbi Sibirə hücum edir

çinlilərdən sonra səhra qalacaq

çin Rusiyanın Baykal gölü arxasında 150 min hektar torpağını (Honqkonqun ərazisi qədər) icarəyə götürüb.

Baykal vilayətinin qubernatoru Konstantin İlkovski Sankt-Peterburqda keçirilmiş iqtisadi forumda çinin “Zoje Resources Investment” şirkəti ilə imzalanmış birgə aqro-sənaye layihəsi haqda məlumat verdi.

Layihə çərçivəsində 150 min hektar torpaq 49 il müddətinə çinə icarəyə veriləcək. çin isə cavabında 2 milyard yuan (286 milyon avro) yatırım qoymağı vəd edir.

Bölgənin başçısı bildirir: “Torpaq biz tərəfdəndir, onlar tərəfdən isə pul. Torpağın becərilməsinə biz tərəfdən ən sərt nəzarət olacaq”.

Onun sözlərinə görə, layihə ölkənin ərzaq müstəqilliyinin təminatına yönəlik kursun davamıdır və yoxsul bölgədə iş yerləri yaratmağa imkan verəcək.

Dövlət Duması aqrar komitəsinin sədri Nikolay Pankov bu sazişi alqışlayır: “İndiki gündə bizim kənd təsərrüfatı torpaqlarımızın 40%-indən istifadə olunmur və becərilmir. Həm də düşünürəm ki, bölgələrimizdəki böyük ərazilərin başqa dövlət tərəfindən icarəyə götülüməsində qorxulu heç nə yoxdur. Vergilər tam həcmdə ödənəcək, yeni iş yerlərinin yaradılması və işçilərin cəlb edilməsi üçün proqram hazırlanacaq. Ən başlıcası isə, Rusiya GEMO məhsullarından azad dövlətə çevriləcək”.

çinlilərdən sonra səhra qalacaq

Layihə haqda məlumat əsil narazılıq qasırğası doğurub. Bir sıra dairələr, xüsusən də rejimin əleyhdarları hesab edirlər ki, hökumət “Rusiyanı satır”.

Sputnik saytında (hakimiyyətin ruporu hesab edilir) xatırladılır ki, çinlilər nə zamansa bərəkətli olmuş torpaqları özlərindən sonra elə bir bərbad günə qoyublar ki, orada hətta alaq otu da bitmir: çində üç milyon hektar kənd təsərrüfatı torpağı kübrələrdən sui-istifadə üzündən əkinə yararsız hala düşüb. Yəhudi müxtar vilayətinin qubernatoru Aleksandr Levental da bu əndişəni dəstəkləyir: “Torpaqların 85%-inə soya bitkisi əkilir ki, onu iki-ül il dalbadal əksən, torpağı öldürür. Beş ildən sonra torpağın əvəzinə heç nə bitməyən səhra qalacaq”.

Onlar vətəni satmaq istəyirlər!

Kompartiyadan Dövlət Dumasının deputatı Nikolay Arefyev daha dərinə gedir. “Rosbalt” agentliyinə müsahibəsində iddia edir ki, bu işdə hər şey göründüyü qədər də sadə deyil və Baykal vilayətinin administrasiyası, sözsüz ki, layihənin bəyənilməsi üçün dolu bir zərf alıb: “çin şirkləti 49 il müddətində hər hektara görə ildə 250 rubl icarə pulu ödəyəcək. Belə qiymətə hətta bağ sahəsi də götürmək mümkün deyil. Bu, ildə, təxminən, 30 milyon rubl edir. Məgər bu pullar dövlətimiz üçündür? (…) İqtisadiyyatla məşğul olmaq, idxalı əvəzləmək əvəzinə Vətəni satmaqdan ötrü korrupsiya sxemləru düşünüb tapıblar“.

RLDP-nin deputatı İqor Lebedyev öz növbəsində istisna etmir ki, çinlilərin kütləvi axını separatçı tendensiyalar doğurar və perspektivdə bütün Baykal arxasının Pekin tərəfindən ilhaqına səbəb ola bilər.

Buryatlara (bölgə əhalisinin əksəriyyəti) gəlincə isə, onlar hökumətin planlarına qarşı kütləvi etiraz aksiyaları təşkil edirlər. Onların sözlərinə görə, çinlilər tamamilə şər adamlardır: Novosibirsk vilayətində torpağı acınacaqlı günə qoyublar, heç bir sanitariya normalarına əməl etmirlər, öz həmvətənlərini gətirirlər, hettolar qurub qaçaqmalçılıqla məşğul olurlar.

Buryatların hesab etdiyi kimi, bu torpaqlar onların əcdadınındır və onu müdaxilədən qorumağa hazırlaşırlar. Hərra çinlilər Kremlin və yerli hökumətin xeyir-duasını alsalar da.

Natalya Uvarova-Blim

“Le Huffington Post” (Fransa), 30.06.2015