XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 June 2015 - 05:59

Ucarda hansı layihələrə kredit ayrılacaq? – Siyahı

pul.jpg

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il iyunun 24-də Ucar rayonunun Qazıqumlaq kəndində işgüzar forum keçirib. Strateq.az Nazirliyə istinadən məlumat verir ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
– cins heyvandarlıq, istixana və intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
– pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və çörək zavodunun yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Strateq.az