İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min yeni iş yeri açılıb.
ABŞ-ın Əmək Departamentinin açıqladığı statistikaya görə, bundan öncə ekspertlər iyunda 180 min yeni iş yerinin açılmasını proqnozlaşdırıb.
Bu rəqəm açıqlanandan sonra dollar sürətlə bahalaşmağa başlayıb – dolların indeksi 96,12-dən 96,52-dək yüksəlib. EUR/USD məzənnəsi 1,1075 səviyyəsindən 1,1035-dək geriləyib.
Qeyd edək ki, mayda qeyri-aqrar sahədə cəmi 38 min yeni iş yeri açılmışdı ki, bu da 2010-cu ilin sonundan etibarən ən zəif göstərici olub. Bu, Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılmasının təxirə salınmasına dəstək olub.
APA