XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 10:43

Azərbaycan bankları haqda bədbin beynəlxalq proqnoz açıqlandı

Beynəlxalq reytinq agentliyi Azərbaycan bankları haqda bədbin proqnoz açıqladı

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin reytinqini “stabil”dən “neqativ”ə dəyişib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə agentliyin yaydığı press-relizdə bildirilir. Azərbaycanın bank sisteminin “Moody`s” tərəfindən hazırlanan icmalına əsasən proqnozun mənfiyə doğru dəyişməsi dünya bazarlarında neftin qiymətinin aşağı olması və milli valyutaya təzyiqlərdir.
Belə ki, manatın devalvasiyası nəticəsində Azərbaycan banklarının aktivlərinin keyfiyyəti azalıb, onların gəlirlilyi və fondlaşması aşağı düşüb.
Agentliyin proqnozu Azərbaycan banklarının yaxın 12-18 aylıq vəziyyətini əks etdirir. “Moody`s” gözləyir ki, bu ilin sonuna doğru Azərbaycan banklarının bütün problemli kreditlərinin həcmi ümumi kredit portfelinin həcminin 15 faizini təşkil edəcək. 2014-cü ilin yekunlarına əsasən problemli kreditlərin həcmi 11,4 faiz idi.
Bundan əlavə manatın devalvasiyasından sonra xarici valyuta ilə olan aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində ölkə banklarının kapitalının adekvatlığı 2 faiz dərəcəsi aşağı düşə bilər.
Bu il martın 31-nə olan məlumata əsasən Mərkəzi Bank bankların kapitalının adekvatlığını 17,3 faiz qiymətləndirib. Minimal tələb 12 faizdir.
Agentliyin ekspertlərinin proqnozlarına əsasən bu il Azərbaycanda üDM artımı 1 faiz təşkil edəcək, gələn il isə iqtisadi artımın 1,7 faiz olacağı proqnozlaşdırılır.