XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 09:56

Manatın bu günə olan məzənnəsi açıqlandı –Mərkəzi Bank

dollar

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 8-i ilə müqayisədə 0,2% artaraq 1,5487 manat təşkil edib.

 Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,13% zəifləyərək 1,7108 manat olub. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən dəyişməyərək 0,0241 manat səviyyəsində qalıb. Türkiyə lirəsi manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,7% möhkəmlənərək 0,5357 manata enib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0070 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,3%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,09% azalaraq 0,6599 manata düşüb.