XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 11:54

Həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət –InvestAZ-ın təhlili

birja.jpg

 

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avropa Birliyi ilə Böyük Britaniya arasında sonuncu siyasi hadisələrdən sonra Avropa Mərkəzi Bankının gələcək siyasi mövqeyi ilə bağlı açıqlamasının ləngiməsi avronun qiymətlərində üfuqi dalğalanmalara səbəb olub. InvestAZ analitiklərinin fikrincə, Avropada mühüm fundamental açıqlamalar fonunda 1.10$ ətrafında ticarət edilən avronun qiyməti yenidən 1.12$ və 1.13$-a kimi bahalaşa bilər

GBP

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması nəticəsində iqtisadiyyatının zəifləməsinin qarşısını almaq üçün Mərkəzi Bank sədri əlavə tədbirlər görəcəklərini açıqlayıb. Beləliklə, artıq 1.28$-a kimi ucuzlaşan funt sterlinqin yeni iqtisadi dəstək tədbirləri nəticəsində yenidən bahalaşa biləcəyi gözlənilir. Analitiklərin fikrincə, GBP/USD cütlüyü yaxın günlərdə 1.28$ üzərində möhkəmlənməyə davam edərsə, 1.33$ və 1.36$-a kimi bahalaşa bilər.

TRY

Dünya iqtisadiyyatında risklərin artması nəticəsində ABŞ Federal Ehtiyat Sisteminin sərt pul kredit siyasətində gözləmə mövqeyi dolların dünya birjalarında qiymətinin üfuqi hərəkətinə səbəb olub. Dollar/Lirə cütlüyü də son iki həftədir bahalaşmaqda çətinlik çəkir. Lakin InvestAZ analitiklərinin fikrincə, cütlük üzrə qiymət 2.84 lirə üzərində ticarət edildikcə, 3.05 lirəyə kimi bahalaşa bilər.

OIL

Eneriji bazarlarında də neft qiymətlərinin üfuqi hərəkəti müşahidə edilir. Belə ki, iyun ayının əvvəllərinə kimi 53$ kimi bahalaşan Brent dünya iqtisadiyyatında qeyri-müəyyənliklər fonunda son bir ay ərzində 53 və 46$ aralığında ticarət olunması ilə seçilib. Lakin analitiklər qiymətin yenidən bahalaşa biləcəyini proqnozlaşdırırlar və bildirirlər ki, cari vəziyyətə uyğun olaraq, eniş trendi müvəqqəti xarakter daşıyır.

GOLD

Dünya qızıl bazarlarında isə qızılın bir unsiya qiyməti keçən həftə ərzində artıq 1375$-a kimi bahalaşıb. Lakin sürətli bahalaşmanı nəzərə alaraq, yaxın günlər ərzində burada qiymətin qismən ucuzlaşmasının şahidi ola bilərik. Belə ki, qızılın bir unsiya qiyməti 1375$-ın altında qalarsa, 1326$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.