XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 08:39

Hesablama Palatası Dövlət Neft Fondunu yoxlayıb

Картинки по запросу neft fondu

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin icrası vəziyyətinə, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Suraxanı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə və Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları da təsdiq edilib.