2015-ci ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 125 milyon ABŞ dolları təşkil edib.
Bu barədə iyulun 13-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumundakı çıxışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.
Y.Abdullayev iki ölkə arasındakı əlaqələri həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə yüksələn xətlə davam etdiyini qeyd edib.
İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri Mahmudrza Şərifixah deyib: "Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələr yüksək səviyyədədir. Azərbaycan ilə İran arasında münasibətlər tarixi köklərə söykənir. Bizim ölkələrimiz müştərək dilə, dinə və tarixə malikdir"(azərtac).