XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 12:39

Aydın Əliyev:“Yaşıl Dəhliz” yük və malların ölkəyə idxalını asanlaşdıracaq"

İyulun 13-də “Risklərin İdarə Olunması sistemi əsasında malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl Dəhliz” prinsipi” mövzusunda təqdimat keçirilib.

Təqdimatda gömrük əməkdaşları və BMT İnkişaf Proqramı ofisinin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yeni tətbiq olunan “Yaşıl Dəhliz” prinsipinin əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd burada risklərin idarə olunması sistemi barədə fikir mübadiləsi aparmaq, daha da təkmilləşdirilməsində BMT İnkişaf Proqramı ofisi ilə birgə fəaliyyət göstərməkdir.

“Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı “Yaşıl Dəhliz” və digər dəhlizlərin yaradılması önəmli faktorlardandır. Bununla yük və malların ölkəyə idxal edilməsi asanlaşacaq. Burada əsas şərtlərdən biri risklərin idarə olunması sisteminin tətbiqidir. Bu sistemlə bağlı artıq proqram hazırlanıb”, – deyə A.Əliyev vurğulayıb.

Sonra “Yaşıl Dəhliz”, “Risklərin idarə edilməsi” və başqa mövzularda təqdimatlar keçirilib(azərtac).