XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 19:33

Gələn il “Layt” və “Brent”inorta qiyməti belə olacaq

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) “Layt” və “Brent” markalı neftin bir barelinin orta qiymətlərinin bu il 44 dollar, 2017-ci ildə isə 52 dollar olacağını proqnozlaşdırır.

Bu barədə EIA-nın aylıq hesabatında deyilir. Bildirilir ki, bu il qlobal neft tələbi 2015-ci illə müqayisədə gündəlik orta hesabla 1,4 milyon barrel artaraq 95,2 milyon barrelə, 2017-ci ildə isə gündəlik orta hesabla 1,5 milyon barrel çoxalaraq 96,7 milyon barrelə çatacaq. Qlobal neft tələbatındakı artımın böyük qisminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmayan ölkələrdə olacağı bildirilən hesabatda Çin və Hindistanın neft istehlakının 2016-cı və 2017-ci illərdə gündəlik 0,4 milyon barrel artacağı qeyd edilir.

Qlobal neft təklifi isə bu il 2015-ci ilə görə gündəlik orta hesabla 0,5 milyon barrel artaraq 96,2 milyon barrelə, 2017-ci ildə cari ilə nisbətən gündəlik orta hesabla 0,8 milyon barrel çoxalaraq 97 milyon barrel olacaq.

Qeyri-OPEC ölkələrinin neft istehsalının bu il və gələn il müvafiq olaraq gündəlik orta hesabla 0,6 və 0,2 milyon barrel azalacaq. ABŞ-ın xam neft istehsalının keçən ilki gündəlik orta hesabla 9,4 milyon barreldən bu il 8,6 milyon barrelə, 2017-ci ildə isə 8,2 milyon barrelə düşəcəyi təxmin edilir.