XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 15:27

SOCAR-ın dövlət büdcəsinə ödənişləri 20 fazi azalıb –Rəsmi

socaR-111585

SOCAR tərəfindən 2016-cı ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib.

SOCAR-dan verilən məlumata görə, dövlət şirkətinin büdcə ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 24,727 mln. manat azdır.

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 661 mln. 742 min manat vəsait ödənilib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 9,2% və ya 66,988 mln. manat azalma deməkdir.

Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 173 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat və ya 1,9% çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyun aylarında şirkət tərəfindən fonda ödəniş 69,532 mln. manat təşkil edib ki, bu da 0,4% azalma deməkdir.

APA