XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 06:13

Samir Şərifovdan devalvasiyaya dəstək: “Mərkəzi Bank ciddi addım atdı”

Samir.jpg

“2015-ci il iqtisadi inkişaf baxımından bir çox ölkələri çağırışlar qarşısında qoyur, Azərbaycanda istisna deyil”.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. (APA)

Nazir qeyd edib ki, neftin ucuzlaşması region ölkələrinə, o cümlədən Azərbaycana təsir edib. “Yaranmış vəziyyət iqtisadi inkişaf perspektivlərinə, monetar siyasətə yenidən baxmağa, bir sıra məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə vadar edir. Azərbaycanda baş verən devalvasiya da bizi monetar siyasətimizə yenidən baxmağa vadar etdi. Azərbaycan Mərkəzi Bankı milli iqtisadiyyatımızı, milli istehsalımızın rəqabətqabiliyyətliliyini qorumaq üçün ciddi addım atdı. Amma unutmaq olmaz ki, Azərbaycan region ölkələri arasında sonuncu olaraq, devalvasiyaya getdi. Bu məsələyə daha geniş miqyasda baxmaq lazımdır”, – deyə S. Şərifov bildirib.