Bu gündən Azərbaycanın “Azmont Investments” şirkəti Monteneqronun “Portnovi” kurortunda daşınmaz əmlak satışına başlayıb.
Tikinti şirkətə 650 mln. avroya başa gəlib. Daşınmaz əmlak obyektlərinin sayı 133 ədəddir. Hazırda “Lower Village”də 89 mülk, Marina qrupda 24 mülk satışa çıxarılıb. Satışın başlandığını Londonda “Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Əhməd Erentok bildirib. Bu barədə şirkətin saytında www.azmont.com bildirilir.
Ə.Erentok 2017-ci ilin ikinci yarısında daşınmaz əmlak satışının başa çatacağını proqnozlaşdırıb. Gözləntilərə görə, kurort açılışının birinci mərhələsi məhz bu vaxta düşəcək: “Biz Pоrtnovinin ilk sakinlərini səbirsizliklə gözləyirik”, -Erentok bildirib.
Qeyd edək ki,Monteneqroda yaradılan şirkətin 99,99% payı “Azerbaijan Global Investments”ə məxsusdur(AGİ). 0,01%-i isə SOCAR “Saiph Holding B.V” şirkətindədir. (Hollandiya). 2013-cü ildə yaradılmış AGI-nin təsisçiləri Paşa Development (35%), AtaHolding (33%) və Synergy Groupdur (32%).
Apreldə Monteneqro Mərkəzi Bankı “AZMONT BANK AD Podgorica”ya (0101-4014/83-2) lisenziya verildiyini bəyan edib. Bu, Bu, Monteneqroda Azərbaycan kapitallı ikinci bankdır. Bankın Müşahidə Şurasının rəhbəri də Əhməd Erentokdur. O həm də AtaHolding Müşahidə Şurasının rəhbəridir. Qurum “Azmont Investments”, “Azerbaijan Global Investments” və AGI baş şirkətlərini təsis edib.
2015-ci ilin dekabrından Azərbaycanda “AzMont İnvestments” şirkətinin nümayəndəliyi fəaliyyət göstərir ki, qurumun qanuni təmsilçisi Qorxmaz Ağayevdir.