XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 15:25

İran müqavilə bağlamaq üçün 8 neft şirkətini Avropaya təqdim edib

zemaniya

İranın Neft Nazirliyi tərəfindən xarici şirkətlərlə müqavilə bağlamaq üçün səkkiz şirkət təqdim olunub.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu barədə İranın neft nazirini beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zəmaniniya bildirib. O, qeyd edib ki, bütün bu səkkiz şirkət İranın neft sənayesində fəal və qabiliyyətli bölmələrdən sayılır.

İranın Neft Nazirliyi iranlı kəşfiyyat və istehsal şirkətlərinin yaradılması və genişləndirilməsi məqsədilə bu sahədə fəaliyyət göstərmək istəyən şirkətlər üçün müsabiqə elan edib və səkkiz İran şirkətinin adını kəşfiyyat və istehsal sahələrində fəaliyyət üçün səlahiyyəti olan şirkət olaraq seçib.