XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 16:26

Dövlət Neft Fondu qazancı açıqladı:15 il ərzində neftdən 120 milyard dollar qazanmışıq

neft cin

Azərbaycan Respublikası Dövlət Neft Fondu 15 il ərzində “Azəri-Çıraq” yatağından əldə edilən gəliri açıqlayıb.

ARDNF 2001-ci ilin əvvəlindən bu il iyulun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 119 milyard 314 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin birinci yarısında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 305 milyon dollar vəsait daxil olub.