2007-ci ildən bu il iyulun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin yanvar-iyun aylarında isə Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub.