XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 19:32

İqtisadçı ekspert:“Yeni Şuraya faktiki rəhbərliyi prezidentin köməkçisi edəcək”

samir aliyev

“Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb. Qazaxıstan, Ukrayna və Belorusda artıq belə Şura fəaliyyət göstərir. Sonuncu iki ölkədə bir neçə ay əvvəl yaradılıb.

Strateq.az bildirib ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev yeni yaranan qurumla bağlı sosial şəbəkədəki səhifəsində yazıb. 
“Şuraya baş nazir Artur Rasi-zadə rəhbərlik edəcək. Halbuki bir sıra ölkələrdə adətən Mərkəzi Bankın rəhbəri şuraya rəhbərlik edir. Ukraynada həm də maliyyə naziri rəhbərlik edir. Azərbaycanda isə nə monetar, nə də fiskal qurumun rəhbərinə etimad edilib. Yəqin ki Şuraya faktiki rəhbərliyi prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov edəcək”.