XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2015 - 09:55

8 il ərzində “Şahdəniz” yatağından Neft Fonduna gələn gəlir açıqlandı –RƏQƏMLƏR

NEFT.jpg

2007-ci ildən bu il iyunun 1-dək Neft Fondunun “Şahdəniz” yatağının işlənməsindən gəlirləri $2 mlrd 278 mln dollar olub.

Fondun məlumatına görə, 2015-ci ilin yanvar-mayında “Şahdəniz” layihəsi çərçivəsində ARDNF-yə $158,2 mln, o cümlədən mayda $41 mln daxil olub.

Turan xatırladır ki, 2014-cü ildə Neft Fondunun “Şahdəniz” yatağının işlənməsindən gəlirləri $523 mln, ilin I yarısından $296 mln olub.

Gəlirlərin azalmasına bir neçə amil təsir edib: əvvəla, neftin ucuzlaşması ilə bağlı kondensat 45% ucuzlaşıb. İkincisi, qazın ixrac qiyməti 7-9% ucuzlaşıb. üçüncüsü, “Mərhələ 2” çərçivəsində xərclər artdığı üçün mənfəət azalıb.

“Şahdəniz” yatağının ehtiyatları 1,2 trln kubmetr qiymətləndirilir. Yatağın işlənməsi barədə saziş 1996-cı ildə imzalanıb. Türkiyəyə qaz ixracı 2007-ci ildə başlayıb.

İştirakçıların pay bölgüsü belədir: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), SOCAR (10%), LUKoil (10%), NICO (10%) və SGC Upstream (6,7%).

1 aprel 2015-ci il üçün Fondun aktivləri ilin əvvəlinə ($37 104,1 mln) nisbətən 5,86% azalaraq $34 930,5 mln olub.