XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 10:45

Türkiyə iqtisadiyyatı zəifləyəcək- Təhlil

lire

Qubad İbadoğlunun facebook statusunu strateq.az oxucularına təqdim edirik:

"Azərbaycan Dövlət Neft Fondunun bu ölkədə əmlak alması planı təxirə salına salına bilər.

Türkiyə baş verənlər hər birimizi məyus etsə də, onun səbəbi və motivləri barədə yetərincə məlumatlı olmadığımızdan yalnız gedişata baxıb siyasi nəticələr çıxarmaq istəməzdim. İlkin olaraq görsənən odur ki, nəinki ordunun, bütövlükdə ölkənin nüfuzu ciddi şəkildə zədələnib ki, bundan da həmçinin iqtisadiyyat ziyan çəkəcək. Çox güman ki, ilin ikinci yarısında Türkiyə iqtisadiyyatında göstəricilər pisləşəcək. Son zamanlar terror hadisələri ilə dünyanın diqqətində olan ölkədə baş verən qarşıdurma lirənin də məzənnəsinə təsirsiz ötüşməyəcək. Artıq lirənin məzənnəsi psixoloji həddi keçib və 1 dollar 3 lirədən baha satılır. Ölkənin kredit reytinqini aşağı salan, yaxşı idarəetmə və demokratiya göstəricilərini pisləşdirən bu hadisə Türkiyəyə xaricdən investisiya cəlb edilməsinin riskini artıracaq. Hətta bu ərəfədə xarici sərmayəçilərin bir qısmi ölkədən qaça və ya investisiyalarını məhdudlaşdıra, kapitallarını çıxara bilərlər. Bu isə onsuz də zəifləyən turizm, xidmət və ticarət sektorlarını acınacaqlı vəziyyətə sala bilər. Bütövlükdə Türkiyə iqtisadiyyatının zəifləməsi onun bölgədəki roluna da pis təsir göstərəcək. Bu hadisə Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə ciddi təsir etməsə də, bu münasibətlər əvvəlki səviyyədə və axarında olmayacaq. 
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 1,2 faizi türk lirəsində saxlanılır. Eyni zamanda bu günlərdə Dövlət Neft Fondundan verilən açıqlamaya görə, Türkiyə bazarı onlar üçün maraq cəlb edirdi, əmlak alması ilə bağlı variantları nəzərdən keçirilirdi. Əgər yekun qərar verilməyibsə, məlum hadisədən sonra çox güman ki, Türkiyədə Azərbaycan Dövlət Neft Fondunun əmlak alması planı böyük ehtimalla təxirə salınacaq."