XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyul 2016 - 09:41

Samir Şərifov:“Beynəlxalq Valyuta Fondu Azərbaycana aşağı faizlərlə kredit ayıra bilərdi”

Samir.jpg

“Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi”.

Trend xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov “Financial Times” nəşrinə müsahibəsində deyib. Nazir bildirib ki, bızi ölkələrin yardıma möhtac olması onlara Beynəlxalq Valyuta Fonduna müraciət etməsində maneədir: “Nəticədə kiçik problem böyüyür”.

Bir müddət öncə Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 mlrd. dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən nazir qeyd edib ki, olduqca kiçik həcmdə xarici borcu və 34 mlrd. dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur: “Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan yox, daha ucuz maliyyə vəsaiti cəlb etməyə yardım etməkdən gedir. Hazırda fond bu məsələləri həll etmək üçün dörd məhsul üzərində işləyir. Buna baxmayaraq, iri maliyyə vəsaitlərinin üstündə oturan və onları bölüşdürə bilməyən institut var”.