XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2016 - 09:44

Dolların bu günə olan məzənnəsi açıqlandı –Mərkəzi Bank

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 15-i ilə müqayisədə 0,12% artaraq 1,56 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,43% zəifləyərək 1,7261 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% ucuzlaşaraq 0,0246 manat səviyyəsinə enib.
Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 2,64% azalaraq 0,5264 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0661 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,2% zəifləyərək 0,6631 manata enib.