Dövlət Gömrük Komitəsi altı ay ərzində Azərbaycanın satdığı xam neftin miqdarını açıqlayıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 10 milyon 551 min 458 ton xam neft, 878 min 158 ton (2710 mal kodu üzrə) neft məhsulları və 714 milyon 396 min kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.