XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 16:13

Prezident İlham Əliyevin köməkçisi sahibkarların gömrükdə islahatla bağlıtəkliflərini gözləyir – SORĞU

natiq emirov

Prezidentinn İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar tərəfindən gömrük, əmək və miqrasiya, sosial müdafiə ödənişləri sistemində  dəyişikliklərlə bağlı 49 təklif daxil olub.

Strateq.az bildirir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün on-line qaydada sorğu keçirir.

Sorğuda bu suallar qoyulub:

1.      Azərbaycan Respublikasının gömrük qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

2.      Əmək və miqrasiya qanunvericiliklərində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

3.      Sosial müdafiə ödənişləri sistemində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təkliflərin 10 gün müddətində verilməsi xahiş olunur. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür:  http://iqtisadiislahat.org/online-application