XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2015 - 08:16

Diri heyvanların Bakıya girişi qadağan olunacaq
“Bakıda tikilən ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib.
A. Aslanovun sözlərinə görə, hazırda Bakı şəhərinin girişində iki yerdə ət kombinatlarının tikintisi aparılır: “İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq”.
A. Aslanov qaydalara cavab verməyən sallaqxanalarda mütəmadi reydlərin keçirildiyini də qeyd edib.