XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 11:18

Beynəlxalq Valyuta Fondu qlobalböyümə proqnozlarını endirib

Böyük Britaniyada keçirilən Avropa İttifaqı referendumundan “Brexit” qərarının çıxması qlobal iqtisadi böyümə proqnozlarının aşağı düşməsinə səbəb olub. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) “Brexit”in meydana gətirdiyi qeyri-müəyyənliklərlə əlaqədar qlobal iqtisadi böyümə proqnozlarını bu il üçün 3,2 faizdən 3,1 faizə, gələn il üçün isə 3,5 faizdən 3,4 faizə endirdiyini açıqlayıb.

Azərtac “euronews.com”a istinadla xəbər verir ki, BVF “Brexit”in qlobal maliyyə bazarlarını çaşdırdığını və dünya iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə aşağı istiqamətli risklər meydana gətirdiyini bildirib.