XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 12:53

Azərbaycan Meksika ilə birgə Latın Amerikasına və Afrikaya sərmayə yatırmaq üçün danışıqlara hazırdır-Neft Fondu

meksika neft

Meksika Neft İnstitutunun (İMP) Texnoloji Rəqabət Bölməsinin rəhbəri  Victor Ortizin müşayiəti ilə Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Azərbaycan Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsumovla görüşüb.

Meksikanın ölkəmizdəki səfirliyindən Strateq.az  saytına verilən məlumata görə, R.Labardini Meksikanın neft sektorunun inkişafı haqqında qısa məlumat verib. Və qeyd edib ki, iqtisadiyyat sahəsində gözəçarpan yüksəliş, xarici ticarətin artımı, sərmayələr üçün əlverişli mühitin yaradılması və Meksika enerji sektorunun dəstəyi ölkəni  dünyada neft hasilatına görə on birinci, təbii qaz hasilatına görə on doqquzuncu yerdə qərarlaşdırmış və Amerika qitəsində karbohidrogen təminatına görə başlıca hissəyə çevirib.

Victor Ortiz təmsil etdiyi institutun əsas fəaliyyətlərindən söhbət açaraq dedi ki,  hal-hazırda İMP 900 patentin qeydiyyatına səbəb olmuş 50 tədqiqat layihəsini həyata keçirən 3000-dən çox personala malikdir. O, Victor neft sektorunda Meksika və Azərbaycan arasında innovasiyalar və texnologiyaların idarə olunması sahəsində mümkün əməkdaşlıq arzusunu ifadə edib.

Şahmar Mövsümov İMP-in yeni texnologiyalarının inkişafına marağını bildirərək Afrika, Latın Amerikası və Karib Fondu vasitəsi ilə bəzi layihələrə sərmayələr yatırtmağın mümkünlüyünü araşdırmaq üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb.

Strateq.az