XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 11:54

“Fitch” Azərbaycanda inflyasiyaproqnozunu yaxşılaşdırdı

"Fitch" Azərbaycanda inflyasiya üzrə proqnozu yaxşılaşdırıb.

Trend-in məlumatına görə, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2016 və 2017-ci illərdə Azərbaycanda inflyasiya üzrə proqnozu müvafiq olaraq 14-dən 11,5-ə və 7-dən 6 faizədək yaxşılaşdırıb.

Agentliyin hesabatına əsasən, 2018-ci ildə ölkədə inflyasiya 3 faiz səviyyəsində gözlənilir. "Fitch", həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb və proqnozu cari ildə 3,3-dən 3 faizədək yaxşılaşdırıb.

Agentlik 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımının 3 faiz olacağını proqnozlaşdırır.