XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2015 - 09:19

İyulun sonunda meyvə-tərəvəzin qiyməti bahalaşa bilər – QİYMƏTLƏR

meyve bazar.jpg

İyunda Turan agentliyinin tərtib etdiyi 30 növlük əsas ərzaq səbətinin qiyməti dəyişməyib.

Bu, bazara mövsümi meyvə -tərəvəz çıxarılması ilə bağlıdır. Adətən, bu dövrdə bazarda qiymətlər düşür.

Ramazan başlayandan toy mərasimləri keçirilmir. Qiymətlərə bu amil də təsir edir. Pomidor daha çox ucuzlaşıb (-47%).

Digər kənd təsərrüfatı məhsulları belə ucuzlaşıb:kartof (-15%), soğan (-2,5%).

Xiyar (+40%), alma (+30%), kələm (+20%), yumurta (+12%), toyuq içalatı (+3,5%) bahalanıb.

Qalan məhsulların qiyməti az dəyişib və ya sabit qalıb – məsələn, mal əti, qoyun əti, kərə və bitki yağı. İyulun sonunda qiymətlər bahalaşa bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə bağlı deflyasiya inflyasiya ilə əvəzlənə bilər.

Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Aleksey Alekseyenko “Vestnik Kavkaza” nəşrinə deyib ki, sanksiya dövründə Azərbaycandan ərzaq idxalı artıb. İran məhsulunun bir hissəsi də Azərbaycandan keçir. “Azərbaycan etibarlı tədürükçüdür, onun ixrac etdiyi məhsula iradımız yoxdur”.

Rusiya EA akademiki Elmira Krılatıx da tədarükün artdığını qeyd edib.

Hökumət hələlik aqrar sektorun imkanlarını optimallaşdıra bilməyib. Sahədə ciddi azalma var, indiki zəif ödəniş qabiliyyəti şəraitində əhalinin ehtiyacları təmin olunmur.

Məhsulun qiymıətini süni şəkildə artıran inhisarçılar da bazara mənfi təsir edir.