XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyul 2016 - 10:04

“Şahdəniz-2” də işləmək üçün maliyyə işçisi axtarılır-Maaş 7 min dollar

neft-2

Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” İnvestisiya Planı çərçivəsində iqtisadiyyat və maliyyə mütəxəssisi axtarır.

 5 ay müddətində işləyəcək mütəxəssis ümumilikdə 36 min ABŞ dolları əmək haqqı alacaq.

Beynəlxalq kadrlar üçün elan edilmiş iş elanı üçün sənəd qəbulu 29 iyulda bitəcək və namizədlərin qısa siyahısı avqustun 3-də elan ediləcək. (Report)

Namizədlər sənədlərini Bakı şəhəri Nizami küçəsi,1/3 ünvanındakı “Sapphire Plaza”da yerləşən “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim edə bilərlər. Sənəd qəbulu üçün məsul şəxs QSC-nin baş direktoru Əfqan İsayevdir.

Seçilmiş namizədin avqustun 15-də işə başlayacağı gözlənilir.