XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 10:16

Əmlak Komitəsi özəlləşdirmə portalı yaradıb

ozallasdirma

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Özəlləşdirmə Portalı yaradılıb.

Komitədən "Marja"ya daxil olmuş məlumata görə,  portalın istifadəyə verilməsi ilə bağlı 26 iyul 2016-cı il saat 10:30-da “Grand Hotel Europe” otelində ictimai təqdimat keçiriləcək.

Təqdimat çərçivəsində özəlləşdirmə prosesinin daha optimal, şəffaf, səmərəli, rahat və operativ qaydada reallaşdırılmasında yeni yaradılmış özəlləşdirmə portalının rolu, əhalinin, biznes subyektlərinin, yerli və xarici investorların və digər maraqlı tərəflərin portal vasitəsilə özəlləşdirmə prosesində iştirakı, özəlləşdirmə prosesində korporativ idarəetmənin tətbiqi, müəssisələrin restrukturizasiyası və modernləşdirilməsi, müvafiq özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi barədə barədə məlumatlar veriləcək.