XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 15:06

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlıhəftəlik analiz

investors

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avronun dünya birjalarında qiyməti proqnozlaşdırıldığı kimi ucuzlaşmaqda davam edir. InvestAZ analitiklərinin fikrincə, artıq 1.0955$-a kimi ucuzlaşan avronun qiyməti əlavə olaraq 1.0867 və 1.0766$-a kimi ucuzlaşa bilər. Eyni zamanda, bu həftənin cümə günü Avrozona iqtisadiyyatı ilə bağlı önəmli göstəricilərin yayımlanması gözlənilir.

GBP

Böyük Britaniya funt sterlinqi 1.35$-a kimi sürətlə bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. GBP/USD valyuta cütlüyünün texniki mənzərəsini təhlil edən analitiklər hal-hazırda 1.31$ ətrafında təklif edilən cütlük üzrə qiymətin bir müddət

1.28$ və 1.35$-ın aralığında ticarət ediləcəyini proqnozlaşdırırlar.

TRY

Türkiyədə siyasi hadisələr fonunda USD/TRY valyuta cütlüyünün sürətlə 3.09 TL-ə kimi bahalaşdığının (Türk lirəsinin ucuzlaşmasının) şahidi oluruq. InvestAZ analitikləri cütlük üzrə qiymətin sürətli bahalaşmasını nəzərə alaraq, gələcək günlər ərzində yenidən ucuzlaşa biləcəyini gözləyirlər. Eniş trendi üzrə ilkin hədəflər isə 3.02 TL və 3.00 TL-dir.

OIL

Enerji bazarlarında son günlər neft üzrə qiymətlərin ucuzlaşdığı müşahidə edilsə də, bu, müvəqqəti xarakter daşıyır. Əmtəə bazarları üzrə InvestAZ şirkətinin analitikləri Avropanın Brent markalı neftin bir barel qiymətinin yenidən 51$ və 53$-a kimi bahalaşa biləcəyini bildirirlər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti keçən həftə proqnozlaşdırılıdığı kimi ucuzlaşmaqda davam edir və gələcək günlər ərzində əlavə olaraq, qiymətin 1305$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Hətta qiymətlərin 1235$-a kimi də ucuzlaşa biləcəyi gözlənilir.

                                                                                                        

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.