XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 16:57

Azərbaycanın İrana 500 milyon kredit ayırma xəbərinə Mərkəzi Bankdan rəsmi –Reaksiya

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) İrana hökumətinə kredit ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

AMB-nin İrana kredit verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycan Mərkəzi Bankının İrana 500 milyon dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-yə heç bir muraciət daxil olmayıb", – deyə, Mərkəzi Bankdan bildirilib.

Diplomatik mənbələrdən də bildirilib ki, hazırda Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası üçün maliyyə vəsaitinin ayrılması məsələsi Bakıda səfərdə olan işçi qrupu ilə birgə müzakirə olunur: "Kreditin şərtləri və digər məsələr müzakirələrin sonunda məlum olacaq. Lakin burada Azərbaycan Mərkəzi Bankının kredit verməsi kimi məsələdən söhbət getmir".

Report.az