XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 09:40

Bu günə olan valyuta məzənnələri:Avro bahalaşdı, manat ucuzlaşdı

manat-dollar-1

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 28-i ilə müqayisədə 0,2% artaraq 1,5851 manat təşkil edib. Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,7564 manat olub.

 Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə enib.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,32% artaraq 0,5260 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0893 manatdır. Beləliklə, funt sterlinq də 0,24%-lik bahalaşma nümayiş etdirib.

 Gürcüstan larisinin məzənnəsi isə 0,22% azalaraq 0,6731 manat təşkil edib