XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 12:18

Bağlanan 4 bankın müştərilərinə bu qədər kompensasiya veriləcək –Məbləğ açıqlandı

bank kompen

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 1 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.

 Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 Onun sözlərinə görə, "Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

 “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 mln. 619 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 43 mln. 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.

 “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

 “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 mln. 206 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 27 mln. 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.

 A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq.