XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 13:55

“Əhalinin real gəlirləri son bir il ərzində 2,1% azalıb” –İqtisadçı

samir eliyev-1.jpg

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin gəlirləri 2016-cı ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb.

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən iqtisadçı Samir Əliyevin sözlərinə görə, bu dövrdə inflyasiya səviyyəsinin yüksək olması (10,5%) əhalinin gəlirlərini üstələyib. Bununla da əhalinin real gəlirləri son bir il ərzində 2,1% azalıb:

"Gəlirlərin azalması yığm səviyyəsinə də təsir göstərib. Belə ki, 2015-ci ilin ilk yarısında gəlirlərin 14%-i yığıma yönəldilirdisə, bu ilin müvafiq dövründə bu göstərici azalaraq 9,8%-ə düşüb. Qiymətlərin bahalaşması da öz növbəsində istehlak xərclərinin payını artırıb. Gəlirlərdə son istehlak xərclərinin payı 74,2 faizdən 78.2%-ə yüksəlib".