XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 14:01

Azərbaycan, Rusiya və Gürcüstan energetikləriBakıda toplandı

Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması üç ölkənin elektroenergetika sistemlərinin tranzit imkanlarını və onların vahid sinxron zonada işinin dayanıqlılığını artırmaq məqsədi daşıyır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu barədə Bakıda Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanması məsələlərinə həsr edilən iclasında bildirilib. “Azərenerji” ASC-nin təşəbbüsü ilə təşkil edilən iclasda Rusiyanın “İnter RAO” PSC-nin, “Vahid Enerji Sisteminin Sistem Operatoru” ASC-nin, “Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti” PSC-nin, “Rusiya şəbəkələri” PSC-nin, “Gürcüstan Dövlət Elektrosistemi” SC və Gürcüstanın “Elektrik enerjisi sisteminin kommersiya operatoru” SC-nin nümayəndələri iştirak ediblər.

Rusiya-Gürcüstan-Azərbaycan-Rusiya elektroenergetika dairəsinin qapanma şəraitinin təhlili və bu qapanmanın BES/VES enerji birliyinə daxil olan enerji sistemlərinin işinə təsiri 2007-2008-ci illərdə KOTK-nın işçi qrupu çərçivəsində müzakirə edilib. Bu məsələ ilə bağlı qərar MDB EEŞ-in 2008-ci il mayın 23-də keçirilmiş 33-cü iclasında təsdiq olunub.

Görüşün sonunda müzakirələrin yekunlarına dair protokol imzalanıb.