XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 16:26

Bakıda mənzillər bahalaşmağa başladı

2015-ci ilin fevral ayında paytaxtın daşınmaz əmlak bazarında qiymətlər artıb. Bu barədə fins.az-a “MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, ötən ay bahalaşmanın orta həddi 2,13% olub.

“Novostroyka”lardakı mənzillər daha çox bahalaşıb

Fevralda ilkin mənzil bazarında qiymətlər 4,25% artıb. Nəticədə yeni mənzillərin hər m2-in orta qiyməti 1374 manat olub.
Nüsrət İbrahimovun sözlərinə görə, köhnə mənzillərin qiyməti isə 2% artıb. Hazırda təkrar mənzil bazarında hər m2-in orta qiyməti 2108 manatdır.
ümumi mənzil bazarında bahalaşma isə 2,9% olub və orta qiymət 2006 manata çatıb.

Torpaq da bahalaşıb

ötən ay Bakıda torpaq sahələrinin qiyməti isə 5,15% artıb. Beləliklə, paytaxda torpağın bir sotunun orta qiyməti 20025 manat olub.
Kommersiya obyektlərinin qiyməti isə 2,88% bahalaşmadan sonra hər m2 üçün 4418 manat təşkil edib.

Qiymətlər niyə artır?

Nüsrət İbrahimov daşınmaz əmlak bazarında bahalaşmanı müxtəlif səbəblərlə izah edir. Onun sözlərinə görə, son vaxtlar qiyməti aşağı olan, kiçik ölçülü mənzillər sürətlə alınıb və hazırda bazarda daha çox böyük ölçülü, bahalı mənzillər satılır. Eyni vəziyyət torpaq və kommersiya obyektləri bazarında da hökm sürür.

Bununla belə, bahalaşmaya ötən ay manatın kəskin ucuzlaşdırılması da təsir edib. Rusiya və digər ölkələrdə olduğu kimi qiymətlər dollarla aşağı düşsə də, milli valyuta ilə qalxıb.