XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 20:01

“Azercell”dən rominqdə olanlar üçün endirimlivahid qiymət

“Azercell Telekom” yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sərfəli rominq qiymətlərini təklif edir.

Şirkətdən bildirilib ki, “Azercell” abunəçiləri rominq xidməti çərçivəsində vahid endirimli tariflə ünsiyyət saxlaya biləcəyi ölkələrin siyahısı daha da artıb. 

Rominqdə olan “Azercell” Fakturalı və Fakturasız xətt (“SimSim”) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. “Azercell” həmçinin fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün “Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. “SimSim” abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.

Cədvəl aşağıdakı linkdə:

http://azertag.az/store/files/news/AZERCELL.pdf

“Azercell” rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.