XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

04 Avqust 2016 - 09:17

Azərbaycan iqtisadiyyatıböyük təhlükə qarşısında…

NN 765

Fransız mütəxəssislər neftin yenidən 30 dollara düşəcəyini proqnozlaşdırır

Fransa bankı “Societe Generale” neftin qiyməti ilə bağlı yeni proqnozunu açıqlayıb. Bankın mütəxəssisləri hesab edir ki, bu ilin fevralında 26 dollaradək ucuzlaşan neftin qiyməti yenidən 30 dollar səviyyəsinə düşə bilər. Bank əməkdaşlarının fikrincə, ucuz neft dövrü hələ bitməyib.

Təklifin həddindən artıq çox olması, həmçinin anbar çoxluğu ilə əlaqədar neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Neftin qiymətinin mütəxəssislərin proqnozlaşdırdığı həddə düşməsinin ölkəmiz üçün yaradacağı fəsadı bəri başdan hesablamaq elə də çətin deyil. Neftin ucuzlaşması indiyədək bəlli itkilərlə müşayiət olunub. Neftdən gələn gəlirlərin həddən çox azalması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinə ciddi təsir edib. 30 dollara eniş isə artıq daha böyük itkilərlə üzləşmək riski deməkdir.

Iqtisadçı-ekspert Nemət Əliyev də neftin qiymətinin bu həddə düşməsini istisna etmir. Fikrini də belə əsaslandırır ki, bunu şərtləndirən əsas amillər bu gün də öz qüvvəsindədir. Xüsusilə Ukraynaya olan münasibətə görə Rusiyaya tətbiq edilən sanksiyalar bu gün də qüvvədə qalır: “2012-ci ildə neftin dünya bazarında qiyməti orta hesabla 112 dollar idi. Bu həddən aşağı düşəndə, hətta 60 dollara düşəndə belə, heç kim ondan aşağı həddin olacağını proqnozlaşdırmırdı. Lakin artıq bu hədd kimisə təəccübləndirmir. Neftin qiymətinin aşağı düşməsini şərtləndirən səbəblər ortadadırsa, qiymət daha da enməkdə davam edəcək”.

Ekspert deyir ki, qiymətin aşağı düşməsi artıq ölkəmiz üçün fəlakət deməkdir. Ölkə iqtisadiyyatı, dövlət büdcəsi, əhalinin gəlirləri və s. neftdən çox asılı vəziyyətə salınıb. Onun 30 dollar və daha aşağı düşməsi əhali və iqtisadiyyat üçün böyük faciədir: “Hələ indiki şəraitdə iqtisadiyyatın əksər sahələrində, dövlət büdcəsində böhran yaşanır. Istehlak bazarı təxminən, yarıya düşüb. Ümumdaxili məhsulun həcmində ötən il 23 milyard dollar azalma baş verib. Əhali böyük gəlirlərdən məhrum olub. Qiymətin 30 dolllar və ya ondan aşağı düşməsinin fəsadları da böyük olacaq. Dövlət büdcəsinin, əhalinin, əksər sektorlar və bütün kateqoriyalar üzrə gəlirlər azalacaq. Bu azalma isə heç bir yaxşı perspektiv vəd etmir”.