XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

05 Avqust 2016 - 11:28

Elektrik enerjisi yenə bahalaşacaqmı? –«Azərişıq» ASC-dən açıqlamalar

tanriverdi-1

Azərbaycan hökuməti elektrik enerjisinin qiymətini 2022-ci ilədək ard-arda artıra bilər. Asiya İnkişaf Bankı (AİB) hökumətə belə bir təklif verib. Bank Azərbaycanın energetika sahəsinə 750 milyon dollarlıq kredit ayırır.

Hələ ötən ay, iyulun 14-də elektrik enerjisinin qiymətini 16 faiz artıran hökumət bu tövsiyəyə «hə» deyib, yenidən qiymət artımına gedəcəkmi? AİB-dən kredit alan «Azərişıq» ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosunun suallarını cavablandırıb. O, sözə AİB-in tövsiyəsindən başlayıb:

 

– Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etmisiniz (və ya edəcəksiniz)?

– Müraciət etməmişik, yox. Biz Tarif Şurasının qərarını icra edirik.

– Bəs indiki qiymətlər «Azərişıq»ı qane edir? Bəzi ekspertlər qiymətin aşağı salınmalı olduğunu deyir, bəziləri də hətta 10 qəpiyə qaldırılmalı olduğunu söyləyir…

– Təbii ki, indiki vaxtda bu qiymət bizi qane etmir. Devalvasiya, şəbəkənin idarə edilməsi, işçilərin saxlanılması, materialların, yeni texnologiyaların alınması var… Gündəlik artım olur, dünyanın hər yerində, o cümlədən bizdə dəyişikliklər baş verir və bunlar, ardıcıl olaraq, şəbəkənin saxlanılmasına lazımdır. Biz daxili vəsait hesabına qurduğumuz şəbəkəni idarə edirik. İndi ən aşağı tarif Azərbaycandadır. İstər regionda, istərsə başqa ölkələrdə ən aşağı tarif bizdədir və bu da şəbəkəmizin saxlanılmasına yetərli deyil. İyulun 14-də qiymət artırıldı. Bu, zəruri idi. Məqsəd – şəbəkəni olduğu vəziyyətdə qoruyub saxlamaq idi.

– Sizin xərclərinizi ödəməkdən ötrü qiymətlər təxminən nə qədər artırılmalıdır?

– Yalançı olaram. Bu məsələ bizim səlahiyyətimizdə deyil, ancaq bu addım zəruridir. Şəbəkəni qorumağa, regionlarda yenidənqurma işləri aparmağa, yarımstansiyalar qurmağa zəruridir. Biz bunları öz hesabımıza edirik. Son qiymət artımı çox cüzi təsir edir bizə, çox cüzi. Amma tarif məsələsi bizim səlahiyyətimizdə deyil.

– O halda yaxın zamanlarda elektrik enerjisinin qiymətində yenidən artım gözlənilir?

– Yox, məncə, yox. Bununla bağlı bizim heç bir təşəbbüsümüz, müraciətimiz olmayıb.

– Ekspertlər, iqtisadçılar son illərdə hökumətin enerji sahəsinə yetərincə böyük – 4 milyard dollar sərmayə yatırdığını, ancaq bu sahədə görülən işlərin yetərli olmadığını, hətta durumun yarıtmaz olduğunu söyləyirlər…

– Gerçəkçi olaq. Görülən işlər göz önündədir. Hər yerdə enerji sərfiyyatı yüksək səviyyədə təmin olunub.