XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 13:01

“İstehsal gücləri artırılacaq” – Rövnəq Abdullayev
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 1,2 milyard manat məbləğində dövlət zəmanəti altında kredit veriləcək.
Bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayev bildirib ki, məlum olduğu kimi, Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) yaradılması layihəsi çərçivəsində yeni NEZ-in tikintisi prosesində müəyyən yubanma oldu: “Buna görə də Heydər Əliyev adına NEZ-in fəaliyyətini zavodda yenidənqurma üzrə işlərin keçirilməsi yolu ilə 2030-cu ilədək uzatmaq qərarı alındı”.
R.Abdullayevin sözlərinə əsasən, bunun üçün hökumət “Azneftyağ” zavodunun ləğvini də ehtiva edən yenidənqurma işləri üçün Azərbaycan Mərkəzi Bankının vəsaitlərindən, yaxud dövlət büdcəsindən dövlət zəmanəti altında 1,2 milyard manat həcmində kredit ayıracaq: “Bu işlər gələn ildən başlayacaq və 2017-2018-ci illərdə Heydər Əliyev adına NEZ-də istehsal gücləri artırılacaq. Avro-5 standartında neft məhsullarının istehsalı qurulacaq. Bitum, eləcə də daha 6 iri qurğu inşa ediləcək. Bundan sonra “Azərneftyağ” NEZ ləğv ediləcək, ərazi isə Bakı bulvarının genişləndirilməsi məqsədilə təmizlənəcək”. (marja.az)